Boks millisindən 5-ci lisenziya

İdman

02.06.2024 13:12

2922

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Today Press xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan dünya çempionu Olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib. 

O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris Olimpiadasında iştirak hüququ verib.

Azərbaycan Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. Dominqesə qədər Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqə qazanıblar. 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.


Namiq HUN

tag: Boks,Yay Olimpiya Oyunları,Paris-2024,Alfonso Dominqes, İdman, todaypress.az,