Boks millisi Avropa çempionatında yarışacaq
Bolqarıstanın paytaxtı Sofiyada 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatı keçiriləcək.
TodayPress xəbər verir ki, oktyabrın 12-də start götürəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
9 gün davam edəcək Avropa çempionatında 13 boksçumuz qüvvəsini sınayacaq.
Məşqçilər korpusu yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Amin Məmmədzadə (54 kq), Kamil Babayev (57 kq), Ruslan Qədirov (63,5 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq), Fərhad Şeydayev (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mehparə Məmmədov (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimovaya (54 kq) şans verəcək.
Namiq HUN
tag: Tural Sarıyev ,Nicat Hüseynov ,Ruslan Qədirov ,Bolqarıstan ,Sofiya ,Avropa ,todaypress.az,