“Boka Xuniors” Ramosla anlaşdı
İdman
12.12.2024 11:16
“Real Madrid” klubunun və İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.
TodayPress xəbər verir ki, futbolçu ilə “Boka Xuniors” klubu maraqlanır.
Klub rəhbərliyi komandada iki əfsanəni, Ramosla hazırda “Boka”da çıxış edən uruqvaylı Edinson Kavanini birləşdirmək istəyir.
“Boka Xuniors” iştirak edəcəyi klublararası dünya çempionatı öncəsi heyətini təcrübəli müdafiəçi ilə gücləndirməkdə maraqlıdır.
Qeyd edək ki, Serxio Ramosun son klubu “Sevilya” olub.
Namiq HUN
tag: Klub ,İspaniya, Yığma, Futbol, todaypress.az,