BOK yeni prezidentini seçdi
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Yunanıstanda keçirilən 144-cü sesiyasında prezident seçkilərinin sesverməsinin nəticələri məlum olub.
TodayPress xəbər verir ki, Kirsti Koventri ilk mərhələdə qələbəni bayram edib.
97 səsdən 49-nu toplayan zimbabveli keçmiş üzgüçü Beynəlxalq Olimpiya Komitəsinə rəhbərlik edəcək ilk qadın prezident olub.
Onun ən yaxın izləyicilərindən İspaniyadan olan oğul Xuan Antonio Samaranç 28, britaniyalı Sebastyan Koe isə cəmi 8 seçicinin etimadını qazanıb.
Kirsti Koventri iyunun 24-də vəsifəsini icra etməyə başlayacaq.
Namiq HUN
tag: Beynəlxalq Olimpiya Komitəsi,Yunanıstan,Kirsti Koventri,Sebastyan Koe,todaypress.az,