BOK seçki tarixini açıqladı

İdman

10.01.2025 10:25

 Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti vəzifəsinə seçkilərin ilkin tarixi məlum olub.

TodayPress qurumun rəsmi saytına istinadən xəbər verir ki, seçki martın 20-nə təyin edilib.

Hadisələrin gedişindən asılı olaraq seçki tarixi dəyişdirilə bilər. 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin 144-cü sessiyası martın 18-21-də Yunanıstanda keçiriləcək. Seçkidə 7 namizəd qələbə uğrunda mübarizə aparacaq. Namizdələr yanvarın 30-da Lozannada qapalı iclasda öz proqramlarını qurumun üzvlərinə təqdim edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin hazırki prezidenti Tomas Bax növbəti müddətə prezidentliyə namizəd olmayacağını açıqlayıb.

Namiq HUN

tag: olimpiya, qurum ,Beynəlxalq, Komitə ,todaypress.az,