BOK prezidenti istefa verdi
Beynəlxalq Olimpiya Komitəsinin (BOK)
prezidenti Tomas Bax istefa verib.
TodayPress xəbər verir ki, bu haqda komitənin saytında
bildirilir.
Belə ki, istefa BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib.
Qərar iyunun 23-dən sonra qüvvəyə minəcək və səlahiyyətlər BOK-un yeni
rəhbərinə veriləcək.
71 yaşlı Bax 1991-ci ildən BOK-un üzvüdür və 2013-cü ildə BOK-un
prezidenti seçilib. O, 2021-ci ildə yenidən dörd illik müddətə seçilib.
Qeyd edək ki, Komitənin prezident seçkiləri 2025-ci ilin
martında Yunanıstanda keçiriləcək.
tag: BOK, Komitə, Prezident, Seçki, Tomas Bax, todaypress.az,