BOK olimpiya çempionunu cəzalandıracaq?
İdman
05.11.2024 16:50
Paris Yay Olimpiya Oyunlarının qalibi olan əlcəzairli qadın boksçu İman Xəlifin qızıl medalı əlindən alına bilər.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, səbəb 25 yaşlı idmançıda kişi hormonlarının aşkarlanmasıdır.
Bu, artıq tibbi analizlərlə də təsdiqlənib.
Nəticədə İman Xəlifin qızıl medaldan məhrum edilməsi məsələsi gündəmə gəlib.
Əlcəzairli qadın boksçu ilə bağlı yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.
Xatırladaq ki, İman Xəlif 66 kiloqram çəki dərəcəsində Paris Olimpiadasının qızıl medalını qazanıb.
Namiq HUN
tag: İmam Xəlif, Boksçu, Beynəlxalq Olimpiya Komitəsi,Qızıl Medal, todaypress.az,