BOK multi-idman oyunlarının keçiriləcəyini bəyan etdi

İdman

04.07.2024 10:44

Beynəlxalq Olimpiya Komitəsi Paris-2024-lə bağlı bəyanat yayıb.  

TodayPress xəbər verir ki, XXXIII Yay Olimpiya Oyunları ləğv olunmayacaq. Bu xəbəri Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb. 

Qurum yarışın ləğvi ilə bağlı yayılan məlumatlara bəyanatla cavab verib: 

“Bunun Fransa, MOK, onun prezidenti, həmçinin Olimpiya Oyunlarına qarşı dezinformasiya kompaniyasının bir hissəsi olduğu aydındır. Bunların heç birinin əsası yoxdur. BOK prezidenti və bütün Olimpiya Hərəkatı iyulun 26-da keçiriləcək açılış mərasimi ilə başlayacaq Paris Olimpiya Oyunlarını səbirsizliklə gözləyir”.

Qeyd edək ki, Fransada keçirilən parlament seçkilərinin birinci turundan sonra kütləvi narazılıqlar başlayıb. Bunun Olimpiadanın təşkilinə mane olacağı iddia olunur.

Namiq HUN

tag: BOK Multi-İdman, Olimpiya, Fransa, MOK, Paris 2024, todaypress.az,