BOK boksla bağlı qərar verdi

İdman

20.03.2025 15:20

1555

Boks 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil ediləcək. 

TodayPress xəbər verir ki, qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Yunanıstanın Kosta-Navarino şəhərində davam edən 144-cü sessiyasında verilib. 

Qeyd edək ki, Beynəlxalq Boks Assosiasiyası (IBA) ilə bağlı müxtəlif məsələlər səbəbindən boks 2022-ci ilin fevralında BOK sessiyasının təsdiq etdiyi qərara əsasən Los-Anceles-2028-in proqramından çıxarılmışdı. 

XXXIV Yay Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən 30-dək  ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək.   

Namiq HUN

tag: BOK,Boks,Çempionat,Qərar,Todaypress.az,