Boe dizindən əməliyyat olundu
İdman
16.09.2024 15:58
"Bavariya" klubunun futbolçusu Saşa Boe cərahiyyə əməliyyatına qatılıb.
TodayPress xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi sol dizindən əməliyyat edilib. O, bir neçə həftə futboldan kənarda qalacaq.
Qeyd edək ki, 24 yaşlı fransalı futbolçu bu ilin yanvarında Türkiyənin "Qalatasaray" klubundan “Bavariya”ya transfer olunub.
Namiq HUN
tag: Bavariya ,Saşa Boe, Münhen ,Türkiyə ,Qalatasaray, todaypress.az,