“Bodrumspor” klubu Volkanla anlaşdı
İdman
30.10.2024 16:30
Volkan Demirel Türkiyənin “Bodrumspor” futbol klubunu çalışdıracaq.
TodayPress xəbər verir ki, tərəflər arasında danışıqlara əsasən, Super Liqa təmsilçisi Volkanla mövsümün sonuna kimi müqavilə imzalayacaq.
43 yaşlı mütəxəssis “Hatayspor”la ötən mövsümün sonunda yollarını ayırıb.
Ötən gün “Bodrumspor” rəhbərliyi “Fənərbaxça”ya 2:0 hesabı ilə məğlub olan İsmet Taşdemirlə vidalaşıb.
Qeyd edək ki, “Bodrumspor” Super Liqada cari mövsüm çıxdığı 10 matçda 10 xal toplayaraq, 13-cü sırada qərarlaşıb.
Namiq HUN
tag: Türkiyə, Volkan Demirel, Liqa, Hatayspor, todaypress.az,