Bodibildinqçilər dünya kubokunda 3 medal qazandılar

İdman

02.11.2024 15:00

Azərbaycan bodibildinqçiləri İspaniyada keçirilən Dünya kubokunda üç medal qazanıb.

TodayPress xəbər verir ki, Santa-Susanna turnirində “Men’s physique” üzrə yarışan Kamil Əliyev gümüş mükafata layiq görülüb.

Seymur Əliyev klassik bodibildinq üzrə bürünc medala sahib çıxıb.  

Qeyd edək ki, daha əvvəl Vüqar Verdiyev “Masters” kateqoriyasında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Namiq HUN

tag: Azərbaycan, Vüqar Verdiyev, Santa-Susanna, Masters, İspaniya, todaypress.az,