Bocciaçımız Dünya kubokunda ikinci oldu
Portuqaliyada boccia üzrə Dünya kuboku keçirilir.
TodayPress xəbər verir ki, boccia üzrə Azərbaycan yığma komandasının üzvü Sona Ağayeva Povoa de Varzim turnirinin mükafatçıları sırasına adını yazdırıb.
BC2 kateqoriyasında yarışan Ağayeva qrup mərhələsində Böyük Britaniyadan olan iki rəqibi üzərində qələbə qazanıb. Təmsilçimiz yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdırıb. Milli üzvü yalnız finalda portuqaliyalı rəqibinə uduzaraq turnirin gümüş medalına sahib çıxıb.
Namiq HUN
tag: Portuqaliya, Azərbaycan, Böyük Britaniya, BC2, TODAYPRESS.AZ,