Blatter: “Futbol bütün mənalarda səhv yoldadır”

İdman

23.11.2024 10:29

Yozef Blatter müasir futbolla bağlı narahatlığını bildirib.

TodayPress xəbər verir ki, FIFA-nın sabiq prezidenti indi bütün mənalarda futbolun səhv yolda olduğunu deyib. 

“Biletlər bahalaşır, oyunçulara daha çox təzyiq var. Meydanda düşmənçilik hissləri yaşanır. Mən ofsaydlar, qollar və folların qeydə alınmasında istifadə olunan yeni texnologiyaların da əleyhinəyəm. İndi qərarları hakim deyil, televizor verir. Bütün dövrlərdə hakimlərə hörmət futbolun əsas çalarlarından biri olub”.

Qeyd edək ki, Yozef Blatter 1998-2013-cü illərdə FIFA-ya rəhbərlik edib.

Namiq HUN

tag: Yozef Blatter, FIFA, Biletlər, Texnologiya, todaypress.az,