“Birşot” Küytlə anlaşmanı pozacaq?
İdman
25.09.2024 16:35
Niderlandlı məşqçi Dirk Küytün çalışdırdığı Belçikanın “Birşot” klubu uğursuzluq zolağından çıxa bilmir.
TodayPress xəbər verir ki, komanda Pro Liqada keçirdiyi 8 oyunun 7-də ardıcıl uduzub və bu vəziyyət azarkeşlərin hiddətinə səbəb olub.
8-ci turun STVV ilə matçında qeydə alınan məğlubiyyətdən sonra fanatlar “Birşot”un paltardəyişmə otağına basqın ediblər.
Belçika mətbuatı baş məşqçi Dirk Küytün istefa verəcəyini yazır.
Namiq HUN
tag: Niderland ,Dirk Küyt, Belçika, Birşot ,Liqa ,STVV, todaypress.az,