“Birbaşa Bakı” titulunu qorudu

İdman

12.03.2025 09:30

1547

Minifutbol üzrə Azərbaycan çempionatının qalibinin adına aydınlıq gəlib.   

TodayPress xəbər verir ki, həlledici görüşdə “Zirə” və “Birbaşa Bakı” komandaları qarşılaşıb.   

Matç “Birbaşa Bakı”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Eşqin Tağıyev və Təmkin Xəlilzadə fərqləniblər.   

“Birbaşa Bakı” kollektivinin üzvləri qızıl medal və kubokla təltif olunub.  “Zirə” komandası gümüş, üçüncü yer uğrunda görüşdə qalib gələn “Aznur” isə bürünc medalla mükafatlandırılıb. 

Xatırladaq ki, “Birbaşa Bakı” komandası ötən il də Azərbaycan çempionu olmuşdu.   

Namiq HUN

tag: Birbaşa Bakı,Mini ,Futbol,Çempionat,Todaypress.az,