Bir gündə 4 oyunla 2 qrupda mübarizəyə yekun vurulacaq

İdman

25.06.2024 12:47

Futbol üzrə Avropa çempionatının qrup mərhələsində 3-cü turun görüşləri davam edir. 

TodayPress xəbər verir ki, Niderland-Avstriya və Fransa-Polşa görüşləri ilə D qrupunda yarışlara yekun vurulacaq. 

Niderland artıq 1/8 finala çıxışını təmin edib. Qrup liderliyini qorumaq üçün Avstriyaya məğlub olmamaq yetərlidir. Qələbə və heç-heçə isə Avstriyaya pley-offa vəsiqə qazandıracaq.  

Fransa-Polşa cütünə gəlincə, xoruzlar hazırda qrupda ikinci yerdədir. Komanda vurulan qolların sayına görə yalnız Niderlanddan geri qalır. 

Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.

C qrupunun lideri olan İngiltərəyə qazandığı 4 xal hətta üçüncü yerdən də 1/8 finala çıxması üçün kifayət edəcək. Sloveniya final mərhələsində üç xal toplasa, mütləq pley-offa yüksələcək. Son turda ingilislərə məğlubiyyət Sloveniya millisini 1/8 finala vəsiqəni əldən vermə riski ilə üz-üzə qoyacaq. 

Qrupun ikinci oyununda Danimarka Serbiyaya qalib gəlsə, 1/8 finala yüksələcək. Heç-heçə olsa belə, komanda mərhələ adlayacaq, çünki əlavə göstəricilərdə macarları və xorvatları qabaqlayacaq. Serbiyaya isə pley-offa çıxmaq üçün yalnız qələbə lazımdır. İstənilən başqa nəticə Serbiya millisini 1/8 finaldan məhrum edəcək. 

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Namiq HUN

tag: Sloveniya, Serbiya, Fransa, Polşa, Oyun, todaypress.az,