"Betis” Covani Lo Selso ilə müqavilə imzaladı

İdman

31.08.2024 14:24

"Tottenhem" yarımmüdafiəçisini La Liqaya göndərib. 

TodayPress xəbər verir ki, Covani Lo Çelso karyerasını "Betis"də davam etdirəcək.

London təmsilçisi 28 yaşlı futbolçunu 5 milyon avroya satıb. “Betis” orta xətt oyunçusu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Bu Lo Çelsonun Sevilyaya ikinci gəlişidir. O, daha əvvəl 2018/2019 mövsümündə PSJ-yə məxsus olarkən icarə əsasında "Betis"də çıxış edib.

Qeyd edək ki, ötən mövsüm Lo Çelso “Tottenhem”in heyətində 24 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Tottenhem” UEFA Avropa Liqasının yeni formatda keçiriləcək Liqa mərhələsində “Qarabağ” klubunun 8 rəqibindən biridir. 

Namiq HUN

tag: Betis, Tottenhem,La Liqa ,UEFA,Covani Lo Çelso, todaypress.az,