“Beşiktaş”ın prezidenti istefa verdi
“Beşiktaş” klubunun prezidenti Hasan Arat istefa verib.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aratın istefası bu gün keçirilən toplantısında qəbul olunub. Onu bu postda Hüseyin Yücel əvəzləyib.
Qeyd edək ki, Türkiyə Super Liqasının XIII turunda “Beşiktaş”ın evdə “Göztəpə”yə (2:4) məğlub olması klubda çoxsaylı istefalara səbəb olub.
Namiq HUN
tag: Beşiktaş,Türkiyə, Liqa, Hasan Arat, İstefa, todaypress.az,