“Beşiktaş”ın borcu 12 milyardı keçdi

İdman

27.10.2024 08:30

“Beşiktaş” futbol klubu ciddi maliyyə problemi ilə üzləşib.

TodayPress xəbər verir ki, komandanın borcu 12 milyard Türkiyə lirəsini keçib. 

“Qara qartallar”ın borcu bir il ərzində 291 milyon dollardan 327 milyon dollara yüksəlib.

İstanbul təmsilçisinin hazırkı prezidenti Hasan Arat klubu 491 milyon dollarlıq borcla təhvil aldığını bildirib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası “Beşiktaş” klubundan borcunu minimuma endirməsini tələb edib. 

Namiq HUN

tag: Beşiktaş, Qara Qartallar, Türkiyə, Hasan Arat, Hücum, todaypress.az,