"Beşiktaş"dan mövsümdə ilk xal itkisi
İdman
16.09.2024 09:41
Türkiyə Superliqasının V turunda “Beşiktaş” xal itkisi ilə üzləşib.
TodayPress xəbər verir ki, turun mərkəzi görüşündə “qara qartallar” səfərdə "Trabzonspor"la qarşılaşıb.
Trabzon təmsilçisi Şenol Güneşin rəhbərliyi altında meydana çıxdığı ilk oyunun 13-cü dəqiqəsində azlıqda qalıb. Buna baxmayaraq, “Trabzonspor” 1 xal qazanmağı bacarıb. Matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Namiq HUN
tag: Türkiyə, Superliqa, Beşiktaş, Qara Qartallar, Şenol Güneş, Trabzonspor, todaypress.az,