“Beşiktaş”da iki ciddi itki
“Beşiktaş” futbol klubu “Qalatasaray”la matç öncəsi yoxlama görüşü keçirib.
TodayPress xəbər verir ki, “İstanbulspor”la qarşılaşma komandaya baha başa gəlib.
Meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılan “qara qartal” İstanbul derbisi öncəsi 2 ciddi itki ilə üzləşib.
Yarımmüdafiəçilər Rafa Silva və Aleks-Oksleyd Çamberlayn sıradan çıxıb. Hər iki futbolçunun sağlamlıq durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” matçı martın 29-da baş tutacaq.
Namiq HUN
tag: Beşiktaş,Rafa Silva,Aleks-Oksley,Qalatasaray,todaypress.az,