“Beşiktaş”da gözlənilməz İTKİ

İdman

09.02.2025 14:40

2743

Super Liqa təmsilçilərindən “Beşiktaş” itki ilə üzləşib.

TodayPress xəbər verir ki, “qara qartallar”ın futbolçusu Gedson Fernandes sıradan çıxıb. O, “Sivasspor”la səfər matçında (2:0) zədə alıb.

Gedsonun son durumu tibbi müayinədən sonra bilinəcək.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm Super Liqada 20 oyunda 3 qol vurub.

tag: Super Liqa,Beşiktaş,Gedson Fernandes,Sivasspor,todaypress.az,