“Beşiktaş” xorvatiyalı mütəxəssislə anlaşdı
İdman
09.01.2025 19:22
“Beşiktaş” futbol klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” xorvatiyalı mütəxəssis Niko Kovaçla anlaşıb.
53 yaşlı çalışdırıcı ilə 3.5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Niko Kovaç məşqçilik karyerası ərzində “Bavariya”, “Volfsburq”, “Ayntraxt” və “Monako” klublarını çalışdırıb. 53 yaşlı məşqçi Xorvatiya millisində də işləyib.
Namiq HUN
tag: Beşiktaş,Futbol,Klub,Türkiyə ,Niko Kovaç,todaypress.az,