“Beşiktaş” vingerini itirdi

İdman

21.11.2024 17:13

“Beşiktaş” futbol klubu ciddi itki ilə üzləşib. 

TodayPress xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Ernest Muçi sıradan çıxıb. 

23 yaşlı vinger Albaniya yığmasının UEFA Millətlər Liqasının VI turunda Ukrayna ilə keçirdiyi oyunda ayaq əzələsindən zədələnib.

Ön xətt oyunçusu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Beşiktaş” Ernest Muçini ötən ilin fevralında Polşanın “Legiya Varşava” klubundan transfer edib. 

Orta xətt oyunçusu cari mövsüm “qara qartallar”ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Beşiktaş, Vinger, Qara Qartallar, Polşa,UEFA, todaypress.az,