“Beşiktaş” Uysalla anlaşmanın müddətini uzatdı
İdman
17.02.2025 17:22
“Beşiktaş” futbol klubu kapitanı Necip Uysalla müqavilə müddətini uzadıb.
TodayPress İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, 34 yaşlı futbolçu “Beşiktaş”ın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib.
Necip Uysal “qara qartallar”ın heyətində 4 dəfə Türkiyə Superliqasının və Kubokunun, 2 dəfə isə Superkubokun qalibi olub.
Namiq HUN
tag: Beşiktaş, Futbolçu,Necip Uysal,Kapitan,Müdafiəçi,Todaypress.az,