"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazandı

İdman

06.11.2024 23:24

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.

TodayPress-in məlumatına görə, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

"Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.

tag: UEFA, Liqa, Türkiyə, Beşiktaş, Malmö, todaypress.az,