"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazandı
İdman
22.01.2025 23:39
Türkiyənin "Beşiktaş" klubu UEFA
Avropa Liqasında qələbə qazanıb.
TodayPress-in məlumatına görə, VII turunun
qarşılaşmasında "ağ-qaralar" doğma meydanda İspaniyanın
"Atletik" (Bilbao) komandasına 4:1 hesabı ilə qalib gəliblər.
İstanbul təmsilçisinin heyətində Milot Raşiça (17, 60),
Rafa Silva (77) və Joau Mariu (90+2) fərqlənib. Qonaqların heyətində isə Unai
Qomes (45) diqqət mərkəzinə düşüb.
Ule Qunnar Solskyaerin baş məşqçisi olduğu kollektiv
xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada yer alıblar.
"Atletik" isə 16 xalla ikinci yerdədir.
Qeyd edək ki, açılış matçında "Qalatasaray"
Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə edib - 3:3. VII turun
digər matçları yanvarın 23-də baş tutacaq.
tag: Beşiktaş, Türkiyə, UEFA, Liqa, Atletik, İspaniya, todaypress.az,