“Beşiktaş” üç futbolçusu ilə vidalaşacaq
İdman
26.12.2024 20:20
“Beşiktaş” klubu üç futbolçusu ilə yollarını ayıracaq.
TodayPress xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçilər Jan Onana, Aleks Oksleyd-Çemberleyn və müdafiəçi Artur Masuaku ilə vidalaşacaq.
Masuaku Yunanıstan klublarından birinə keçməyə yaxındır.
Onananın məqsədi keçmiş komandası olan Fransa təmsilçisi “Lans”a qayıtmaqdır.
Aleks Oksleyd–Çemberleyn isə İngiltərə və Şotlandiyadan təkliflər gözləyir.
Namiq HUN
tag: Beşiktaş ,Klub, Müdafiə, Lans, todaypress.az,