“Beşiktaş” təmizlik işlərinə başladı
İdman
27.11.2024 11:18
“Beşiktaş” futbol klubunda iki ayrılıq gerçəkləşib.
TodayPress xəbər verir ki, bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi idman koordinatoru Samet Aybaba və məsləhətçi Bred Fridel ilə yollarını ayırıb.
Qeyd edək ki, “Beşiktaş” Super Liqanın 12 turundan sonra 21 xalla 6-cı pillədə qərar tutub.
Namiq HUN
tag: Beşiktaş, Qara Qartallar, Samet Aybaba, Bred Fridel, todaypress.az,