"Beşiktaş" Sivasdan qələbə ilə qayıdır
Futbol üzrə Türkiyə Superliqasında XXIII turun daha iki oyunu
keçirilib.
TodayPress xəbər verir ki, günün ilk matçında
"Kayserispor" öz meydanında "Konyaspor"a 3:2 hesabı ilə
qalib gəlib.
Digər
qarşılaşmada isə "Beşiktaş" səfərdə "Sivasspor"u 2 cavabsız
qolla üstələyib. Qonaqların heyətində 43-cü dəqiqədə Əmirxan Topçu və 90+4-cü
dəqiqədə penaltidən Joau Mario fərqlənib.
Bu
qələbədən sonra xallarını 35-ə çatdıran "Beşiktaş" 5-ci pilləyə
yüksəlib. "Sivasspor" isə 23 xalla 15-cidir.
Qeyd
edək ki, turun açılış oyununda "Samsunspor" doğma meydanda
"Hatayspor"u 2:0 hesabı ilə məğlub edib. Turun digər matçları
fevralın 9-10-da keçiriləcək.
tag: Beşiktaş, Futbol, Türkiyə, Sivasspor, todapress.az,