“Beşiktaş” səfərdə xal itirdi
Türkiyə Superliqasında XVII turun oyunları keçirilir.
TodayPress xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
“Beşiktaş” səfərdə “Rizəspor”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə
yekunlaşıb. Bu nəticədən sonra xallarını 27-yə çatdıran qonaqlar 5-ci pilləyə
yüksəlib.
Digər matçda isə “Alanyaspor” “Konyaspor”a 2:1 hesabı ilə qalib gəlib.
Alanyalılar bununla da 21 xalla 8-ci yerə qalxıb.
tag: Türkiyə, Superliqa, Alanyaspor, Beşiktaş, todaypress.az,