"Beşiktaş" səfərdə "Eyüpspor"u məğlub etdi
Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.
TodayPress xəbər verir ki, bu gün "Beşiktaş" meydana çıxıb.
Komanda
"Eyüpspor"un qonağı olub. Matçda hesabı meydan sahibləri açıb. Tayfur
Bingöl ilk dəqiqədə fərqlənib.
Lakin
"qara qartal"ın buna cavabı gecikməyib. Rafa Silva hesabı
bərabərləşdirib. İlk hissənin sonlarında Milot Raşitsa komandasını önə çıxarıb.
İkinci yarıda
"Beşiktaş" daha bir qol vurub. Semih Kılıçsoy oyunda son nöqtəni
qoyub - 3:1.
Türkiyə Super Liqası
XXV tur
"Eyüpspor" - "Beşiktaş" 1:3
tag: Türkiyə,Liqa, Beşiktaş, Eyüpspor, Rafa Silva, Milot, todaypress.az,