"Beşiktaş" prezidenti TFF və MHK rəhbərlərini istefaya çağırdı
"Beşiktaş" -
"Qalatasaray" matçı türk hakimə həvalə olunub.
TodayPress
xəbər verir ki, "qara qartallar"ın prezidenti Serdal Adalı bu
təyinatdan sonra bir sıra açıqlamalar verib.
Adalı
bu qərarın düzgün olmadığını, TFF və MHK prezidentlərinin istefa verməli
olduğunu dilə gətirib.
"Bu
həftəsonu evimizdə “Qalatasaray”la qarşılaşacağıq. Bu oyunla bağlı olaraq
xarici hakim tələbi irəli sürmüşdük. Əgər ölkəmizdə derbiləri xarici hakimlər
idarə edəcəksə, bu, bütün oyunlara şamil edilməli idi. Bərabərlik və ədalət
yalnız bu yolla təmin oluna bilərdi. Həmin gün türk hakimlərinə “Siz derbi
idarə edəcək səviyyədə deyilsiniz” mesajı verildi. Ədalət çağırışımız, təəssüf
ki, cavabsız qaldı. Yerli hakimlərin təyin olunması ilə TFF (Türkiyə Futbol
Federasiyası) əzəli rəqiblərimizin oyuncağı olduğunu hər kəsə nümayiş etdirdi.
Hakimləri soyunub-geyinmə otağına kilidləyib təhdid edən insanların türk
futbolunu idarə etməsini gözləyə bilmərik. TFF artıq etibarlılığını itirdi.
Hazırkı federasiya rəhbəri dərhal istefa verməlidir. Ədalətə və bərabərliyə
xidmət edən, az da olsa şərəf və qürur hissi daşıyan federasiya üzvləri də
istefa verməlidir. Bu sistemin içində olmaq istəməyən insanların mövcud
olduğuna əminəm. Türk futbolunun heç bir qurumu derbiyə xarici hakim təyin
edildikdən sonra buna qarşı lazımi reaksiya göstərmədi. MHK (Mərkəzi Hakimlər
Komitəsi) öz hakimlərinə “Siz derbi idarə etməyə qadir deyilsiniz” mesajı verən
TFF-yə qarşı heç bir etiraz etmədi. Baş verəcək hər hansı bir səhvin, derbi
matçda yaşanacaq hər hansı bir problemin əsas məsuliyyəti TFF-nin üzərinə
düşür".
Martın
29-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyunu Bakı
vaxtı ilə saat 21:30-da başlayacaq.
tag: Beşiktaş, Qalatasaray, Matç, TFF, MHK, todaypress.az,