"Beşiktaş" pley-off mərhələsinə vəsiqə qazandı
Futbol
üzrə Türkiyə Kubokunda qrup mərhələsinin III turunun matçlarına start verilib.
TodayPress xəbər verir ki, ilk oyun günündə D qrupunun son 3 görüşü
keçirilib.
"Beşiktaş"
səfərdə "Antalyaspor"a 2:1, "Bodrumspor"
"Sivasspor"a 1:0, "Kocaelispor" isə
"Kırklarelispor"a 3:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən
sonra "Beşiktaş" maksimum nəticə (9 xal) ilə pley-off mərhələsinə
vəsiqə qazanıb. "Bodrumspor" (7 xal) isə qrupda 2-ci yeri tutub.
Qeyd edək ki,
Türkiyə Kubokunda qrup mərhələsinə fevralın 26-27-də keçiriləcək oyunlarla
yekun vurulacaq.
tag: Beşiktaş, Antalyaspor,Türkiyə, Kubok, todaypress.az,