“Beşiktaş” Paulistanı itirdi

İdman

10.10.2024 10:35

"Beşiktaş” futbol klubunun müdafiəçisi Qabriel Paulista sıradan çıxıb. 

TodayPress klubun mətbuat xidmətinin məlumatına istinad ilə xəbər verir ki, braziliyalı futbolçu Super Liqanın 8-ci turunda “Qaziantep”lə görüşdə (1:1) ayaq əzələsindən zədələnib.   

Paulista üç həftə İstanbul təmsilçisinə kömək edə bilməyəcək.  Qeyd edək ki, “Beşiktaş” Qabrieli mövsümün əvvəlində “Atletiko”dan transfer edib.   33 yaşlı futbolçu “qara qartallar”ın heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub. 

Namiq HUN 

tag: Beşiktaş,Futbol,Klub ,Qabriel Paulista ,Todaypress.az,