“Beşiktaş” öz meydanında “Samsunspor”u məğlub edə bilmədi

İdman

19.01.2025 07:22

Bu gün Türkiyə Super Liqasının XX turunun növbəti oyunları keçirilib.

TodayPress xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer ilk matçında xal itkisi ilə üzləşib.

“Qara qartallar” öz meydanında “Samsunspor” ilə qolsuz heç-heçəyə razı olublar.

“Başakşəhər” isə “Rizəspor”u 2 cavabsız qolla üstələməyi bacarıb.

Türkiyə Super Liqası

XX tur

14:30. “Başakşəhər” – “Rizəspor” - 2:0
17:00. “Qaziantepspor” – “Bodrumspor” - 0:0
20:00. “Beşiktaş” – “Samsunspor” - 0:0

 

tag: Türkiyə, Beşiktaş, Liqa, Samsunspor,Rizəspor, todaypress.az,