"Beşiktaş" Mert Günoku itirdi
"Beşiktaş" əsas qapıçısı Mert Günokun zədəsi ilə bağlı açıqlama yayıb.
TodayPress xəbər verir ki, qolkiper qarşıdakı iki oyunda meydana çıxa bilməyəcək.
Çiynindən zədələnən Mert Avropa Liqasında "Lyon" və Türkiyə Superliqasında "Qalatasaray"la matçlarda heyətdə yer almayacaq.
Komandanın ikinci qapıçısı Ersin Destanoğlu da zədəli durumdadır.
Qarşıdakı oyunlarda "Beşiktaş"ın qapısını gənc futbolçu Göktuğ Baytekin qoruyacaq.
Namiq HUN
tag: Beşiktaş, Mert Günok, Zədə, Türkiyə, Ersin Destanoğlu, Göktuğ Baytekin, todaypress.az,