“Beşiktaş” Mert Günokla razılaşdı

İdman

18.01.2025 10:00

“Beşiktaş” futbol klubu qapıçı Mert Günokla müqaviləni yeniləyib. 

TodayPress xəbər verir ki, yeni razılaşma 2+1 illik nəzərdə tutulub. 

Mert Günok 2021-ci ildən “qara qartallar”da çıxış edir.   

35 yaşlı qolkiper “Beşiktaş”ın kapitan sarğısını daşıyır. 

Qeyd edək ki, M.Günok İstanbul təmsilçisinin heyətində 98 oyunda qapısının toxunulmazlığını təmin edib.   

Namiq HUN

tag: Beşiktaş, Mert Günok,Klub,Razılaşma,Todaypress.az,