"Beşiktaş" legioner futbolçusu ilə yollarını ayırdı

İdman

14.09.2024 00:12

Türkiyənin "Beşiktaş" komandası futbolçusu Deniel Amarti ilə yollarını ayırıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qanalı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, Amarti ötən il İngiltərənin "Lester" klubundan İstanbul təmsilçisinə transfer olunmuşdu.

tag: Türkiyə, Beşiktaş, Klub, Daniel Amarti, Lester, todaypress.az,