"Beşiktaş" klubunun futbolçusu ciddi zədə aldı

İdman

13.05.2025 22:40

12

Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Aleks Oksleyd-Çemberleyn ciddi zədə alıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Superliqanın XXXV turunda "Adana Dəmirspor"a 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada sıradan çıxıb.

O, matçın 11-ci dəqiqəsində sağ dizindən zədələnib.

Bununla da Aleks Oksleyd-Çemberleyn mövsümün son 3 turunda meydana çıxa bilməyəcək.

tag: Türkiyə, Beşiktaş, Fulbolçu, Aleks Oksleyd, todaypress.az,