“Beşiktaş” İmmobileni itirdi
İdman
06.11.2024 18:35
“Beşiktaş”ın italiyalı futbolçusu Çiro İmmobile ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
TodayPress “Sabah”a istinadən xəbər verir ki, İmmobileni Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Malmö”yə qarşı oyunda Semih Kılıçsoy əvəz edəcək.
Semih Kılıçsoy bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, İstanbulda keçiriləcək “Beşiktaş” - “Malmö” qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Namiq HUN
tag: Beşiktaş, Çiro, Avropa, Liqa,todaypress.az,