"Beşiktaş" hücum xəttini gücləndirdi

İdman

13.07.2024 22:44

İtaliyalı hücumçu Çiro İmmobilenin "Beşiktaş" klubuna keçidi rəsmiləşib.

TodayPress xəbər verir ki, İstanbul təmsilçisi hücumçu ilə 2 illik müqavilə imzalayıb. O, “qara qartallar”da 17 nömrəli formada çıxış edəcək. 34 yaşlı futbolçu yeni klubunda ilinə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, İmmobile 2016-cı ildən “Latsio”da top qovub. Forvard karyerası ərzində “Siena”, “Yuventus”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya Dortmund” və “Sevilya” klubunun da formasını geyinib. O, bu müddət ərzində 593 matça çıxıb. Çiro bu görüşlərdə 329 qol vurub və 75 məhsuldar ötürmə verib.

İmmobile Almaniya Superkubokunun, 2 dəfə italiya Superkubokunun və “Skuadra Adzurra” ilə Avro-2020-nin qalibi olub.

Namiq HUN

tag: todaypress.az, Beşiktaş, Oyun, Çiro, Latsio,