"Beşiktaş" heyətdə ciddi dəyişikliklər edəcək
Türkiyənin
"Beşiktaş" klubu yay transfer dönəmində heyətində köklü dəyişikliklər
etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda səkkiz
futbolçusu ilə yollarını ayırmağı nəzərdə tutur.
"Beşiktaş"
Joao Mario, Aleks Oksleyd-Çemberleyn, Ciro İmmobile, Qabriel Paulista, Ernest
Muçi, Baxtiyor Zaynutdinov, Salih Uçan və Onur Bulutla əməkdaşlığa son qoyacaq.
"Qara
qartallar" bu futbolçularla vidalaşmaqla həm maaş büdcəsini azaltmağı, həm
də yeni transferlər üçün vəsait toplamağı planlaşdırır.
tag: Türkiyə, Beşiktaş, İstanbul, Transfer, todaypress.az,