"Beşiktaş" Covanni van Bronkhorstla anlaşdı

İdman

05.06.2024 22:33

"Beşiktaş"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

TodayPress xəbər verir ki, İstanbul təmsilçisinə niderlandlı futbol mütəxəssisi Covanni van Bronkhorst rəhbərlik edəcək.

Məşqçi ilə 2+1 illik müqavilə imzalanacaq. Onun son klubu Şotlandiya "Reyncers"i olub. Van Bronhost 2022-ci ildə “Reyncers”lə yollarını ayırıb. Bundan başqa, o, "Feyenoord" (Niderland) və "Quanqjou" (Çin) klublarını çalışdırıb.

 Qeyd edək ki, Covanni van Bronkhorst karyerası ərzində "Feyenoord"a 2016/2017-ci illər mövsümündə ölkə çempionu titulunu qazandırıb, "Reyncers"i isə 2021/2022-ci illər mövsümündə Avropa Liqasının finalına çıxarıb.

 

Namiq HUN

tag: "Beşiktaş", Avropa liqası, Niderland, Covanni van Bronkhorst, todaypress.az,