Benzia "Qarabağ"dan gedir?
İdman
02.02.2025 17:20
"Qarabağ"ın daha bir legioneri xarici klubların maraq dairəsinə düşüb.
Yassin Benzia Qətər təmsilçisi "Um-Salal"ın transfer siyahısındadır.
TodayPress xəbər verir ki, ağdamlıların futbolçusu qərarını verib.
Əlcəzairli Qətər klubuna keçməyəcək. O, “Qarabağ”da qalmağa üstünlük verib.
30 yaşlı futbolçunun son çempionla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Ağdam təmsilçisi onunla sözləşmə müddətini artırmağı planlaşdırır və bu yöndə danışıqlar gedir.
Xatırladaq ki, Benzia 2023-cü il yanvar ayında “Qarabağ”a keçib.
Qeyd edək ki, "Um-Salal" Qətər Ulduzlar Liqasında 14-cü pillədə qərarlaşıb.
tag: Qarabağ,Yassin Benzia,Um-Sala,Qətər ,todaypress.az,