Benzia “Qarabağ”dan gedə bilər

İdman

15.04.2025 16:00

9

“Qarabağ” klubu əlcəzairli futbolçusu Yasin Benzia ilə əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparır. 

TodayPress xəbər verir ki, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variant da var.

Məsələ burasındadır ki, Benzia “Qarabağ”dan maaşının artırılmasını istəyir. Tərəflər arasında razılıq əldə olunmasa o, yayda komandasını dəyişə bilər.

Yasinin milli komanda yoldaşları Riyad Mahrez və Said Benrahman Səudiyyə Ərəbistanında çıxış edirlər. Benzia da Ərəbistan liqasını seçməklə millidəki mövqeyini möhkəmləndirmək istəyir. 

Qeyd edək ki, yarımmüdafiəçinin “köhlən atlar”la müqaviləsi bu yay başa çatacaq. 

Namiq HUN

tag: Qarabağ,Benzia,Futbol,Səudiyyə Ərəbistan,todaypress.az,