Benzia “Qarabağ”da qalacaq?

İdman

25.04.2025 11:20

6

“Qarabağ”la futbolçusu Yassin Benzia arasında danışıqlar davam edir.   

TodayPress xəbər verir ki, əlcəzairli futbolçunun müqaviləsi bu yay başa çatır. 

30 yaşlı futbolçu mətbuata açıqlamalarında Ağdam komandasında xoşbəxt olduğunu söyləsə də, klubda qalması üçün maaşının artırılmasını istəyir.

Benzianın tələb etdiyi məbləği klub yüksək hesab etdiyindən hələlik müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb. Hazırda “Qarabağ”la futbolçunun agenti arasında bazarlıq gedir. 

Benzianın “Qarabağ”da qalmaq ehtimalı 50 faizdir.   Əlcəzairli futbolçunun hazırda Ağdam təmsilçisində bir mövsümlük qazancının 700 min manata yaxın olduğu iddia edilir.   

Qeyd edək ki, Benziaya Səudiyyə Ərəbistanının yüksək liqasından təkliflər olduğu bildirilir.   

(qol.az)   

Namiq HUN

tag: Qarabağ,Yassin Benzia,Klub,Müzakirə,Todaypress.az,