Benzia Puşkaş mükafatına namizəd oldu

İdman

29.11.2024 10:13

FIFA 2024-cü ilin ən gözəl qolu üçün Ferens Puşkaş mükafatına namizədlərin siyahısını açıqlayıb.

TodayPress xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın və Əlcəzair millisinin yarımmüdafiəçisi Yassin Benzia da var. Onun Cənubi Afrika millisi ilə oyunda (3:3) vurduğu qol ən yaxşılar sırasına düşüb.

Benziadan başqa namizədlər arasında Həsən əl-Haydos (Qətər – Çin), Terri Antonis (“Melburn Siti” – “Vest Sidney Uonderers”), Valter Bouv (“Lanus” – “Tiqre”), Maiko Çirinos (Kosta Rika – Honduras), Federiko Dimarko (“İnter” – “Frozinone”), Alexandro Qarnaço (“Everton” – “Mançester Yunayted”), Məhəmməd Kudus (“Vest Hem” – “Frayburq”), Denis Omedi (KSK – “Kitara”), Pol Onuaçu (“Trabzonspor” – “Konyaspor”), Ceyden Filojin (“Roterhem” – “Hall Siti”) yer alıb.

Namiq HUN

tag: Benzia Puşkaş, Qarabağ, Vest Hem, Denis, Afrika, todaypress.az,