Bentankurun apellyasiya şikayəti rədd edildi
İdman
17.12.2024 18:20
“Tottenhem” klubunun yarımmüdafiəçisi Rodriqo Bentankur komanda yoldaşı, hücumçu Son Hın Minlə zarafat etdiyinə görə aldığı 7 oyunluq diskvalifikasiyası ilə bağlı apellyasiya şikayəti edib.
TodayPress xəbər verir ki, məhkəmə futbolçunun şikayətini rədd edib.
Xatırladaq ki, Bentankur televiziya proqramında çıxışı zamanı bütün koreyalıların eyni göründüyünü söyləyib. Bu da ictimaiyyətin mənfi reaksiyasına səbəb olub.
İngiltərə Futbol Assosiasiyası noyabrın 18-də uruqvaylı futbolçunu 7 oyunluq diskvalifikasiya edib.
O, İngiltərə Federasiyasının himayəsi altında keçirilən bütün matçları buraxacaq.
Namiq HUN
tag: Uruqvay ,Futbolçu, İctimaiyyət, Oyun, todaypress.az,